Prezidentin adından I Cənubi Qafqaz Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

8 May 2013 11:15 (UTC+04:00)


Prezident İlham Əliyevin adından Bakıda keçirilən I Cənubi Qafqaz Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.


Mövqe.az-ın məlumatına görə, Madrid Klubunun və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən I Cənubi Qafqaz Forumunun iştirakçılarının şərəfinə verilən ziyafətdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.