Azərbaycan Ordusunun mövqeləri bir neçə istiqamətdə atəşə tutulub

8 May 2013 11:28 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Ağdam rayonunun Kəngərli, Şıxlar və Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub.