Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti mayın 10-dək davam edəcək

8 May 2013 11:49 (UTC+04:00)

Ötən gün Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksək olub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, havaların qeyri-sabit keçməsinə baxmayaraq, hava şəraiti iqlim normasından nisbətən yüksək temperatur qeydə alınıb.

 

Ölkə ərazisində qeyri-sabit hava şəraiti may ayının 10-dək davam edəcək.

 

Növbəti 2 gün ərzində də hava şəraitinin əsasən buludlu, yağmurlu və küləkli keçəcəyi gözlənilir.