Təzə bazarda yanğın...

8 May 2013 14:51 (UTC+04:00)

Bakının Nəsimi rayonu ərazisində,"Təzə bazar"ın arxasında yarımçıq tikilidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizlik İdarəsindən Mövqe.az-a verilən məlumata görə, yanğının əhatəsi geniş olmadığından yanğınsındürənlər tərəfindən qısa müddət əzrində söndürülüb.

İdarədən, həmçinin həmin ərazidə hansısa liseyin binasında yanğının baş verdiyini də təkzib ediblər.