Neftçilər Xəstəxanasında bütün müayinələr ödənişsiz aparılacaq

8 May 2013 15:35 (UTC+04:00)
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında diaqnostik-laboratoriya şöbəsində bütün müayinələr ödənişsiz aparılacaq. Movqe.az-a nazirlikdən verilən xəbərə görə, aksiya 10 may 2013-cü il tarixində saat 10:00-dan 19:00-dək davam edəcək.