Rəqəmli TV vericilərin əhatə dairəsi ölçülür

8 May 2013 13:56 (UTC+04:00)

Respublika ərazisində yeni istifadəyə verilmiş rəqəmli TV vericilərinin əhatə dairəsinin ölçülməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mütəxəssisləri tərəfindən radiomonitorinq işləri aparılır.

 

Mövqe.az-ın məlumatına görə, işlər  Daşkəsən, Gədəbəy və Tovuz rayonları ərazisində görülür. Radiomonitorinq müddətində qeyd olunan rayonlar üzrə yeni quraşdırılmış TV vericilərinin əhatə dairəsi ölçülür, TV kanallarının yayım vəziyyəti araşdırılır.