Suriya məsələsi yenidən ABŞ və Rusiyanın gündəmində

8 May 2013 16:25 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Rusiyada olan ABŞ xarici işlər naziri Con Keri Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. İki nazir ayın sonuna qədər Suriya mövzusunda yeni bir konfrans təşkil edilməsilə bağlı razılığa gəlib.

Lavrovla görüşünü qiymətləndirən Keri ayın  sonuna qədər Rusiya və ABŞ-ın Suriya mövzusunda beynəlxalq bir konfrans təşkil edəvəyini, yığıncağa Suriya hökuməti və müxalifətin nümayəndələrinin də qatılacağını söyləyib. ABŞlı nazirə görə konfrans Suriya böhranının siyasi dialoqla həllinə kömək edəcək. Lavrov, Suriya müxalifətindən mövzu ilə əlaqədar hələ bir şərh gəlmədiyini də xatırladıb. Suriya müxalifəti əvvəllər etdiyi şərhlərdə Bəşər Əsəd rejimi ilə eyni masaya oturmayacaqlarını bildirib.