Stüardessalar formalarından narazıdır

8 May 2013 18:31 (UTC+04:00)

İngiltərədə "Virgin" qatar işçiləri, yeni formalarının çox dar və qısa olduğunu, bundan əlavə formaların keyfiyyətsiz olduğu üçün günəş işığında alt paltarlarının rənglərinin belə görülə bildiyini, bu vəziyyətdən narahat olduqlarını irəli sürür və yeni formanı geyinməyi rədd edirlər. Movqe.Az "Huffington Post"a istnadən bildirir ki, "Virgin" qatar müəssisələrinin dəstək şöbəsi  bu problemi, işçilərə 20 pound dəyərində hədiyyə çeki verərək həll etməyə çalışıblar. Lakin işçilər bu pul ilə yeni bir alt paltarı ala bilməyəcəklərini söyləyərək edilən təklifdən məmnun qalmayıblar.