27 min 910 narkomanın 4524-ü regionlarda yaşayır

8 May 2013 16:38 (UTC+04:00)


"Azərbaycanda rəsmi qeydiyyatda olan 27 min 910 narkomanın 4524-ü paytaxtdan kənarda yerləşən rayonların əhalisidir". Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Məzahir Əliyevin Movqe.az-a verdiyi məlumata görə, 2012-ci ilin statistikası göstərir ki, narkotik maddə aludəçilərinin böyük hissəsi cənub rayonlarının əhalisidir.