Saç boyasına son veriləcək üsul

8 May 2013 19:00 (UTC+04:00)

Elm insanları ağarmış saçları təkrar köhnə halına gətirə biləcək bir üsula imza atdıqlarını açıqlayıblar. Movqe.Az-ın məlumatına görə, yaşlanmağın da bir əlaməti olaraq görülən saçların ağarmasını artıq rəngləmədən də əlac tapa bilərsiniz. Belə ki, avropalı bir qrup elm insanının etdiyi işdə ağarmış saçları təkrar köhnə halına gətirilə bilən dərman hazırlanıb. Ağarmış saçlara vurulan bu yeni krem insanlar üzərində test edilib. 

"Faseb" jurnalında nəşr olunan araşdırma bir çox insanda həyəcan yaradıb. Jurnalın redaktoru Cerald Ueissmann "ağarmış saçları aradan qaldırmaq üçün nəsillər boyu çox sayda dərman hazırlandı. Amma indi ilk dəfə gerçək bir müalicə imkanı təqdim edən dərman yaradıldı. Saç köklərinə tətbiq olunan bu dərman ağlıq problemini aradan qaldırır" deyib. 2009-cu ildə mütəxəssislər saç köklərində hidrogen peroksid təcrübəsi ilə ağarmış saçların çıxmağa başladığını ifadə ediblər. Bu hidrogen peroksid təcrübəsi saçlara bir növ paltar suyu təsiri edərək ağardır. Alman və ingilis mütəxəssislər 2411 min vitiliqo xəstəsi üzərində etdikləri araşdırmada onların saç nümunələrini alıblar. Katalaz adını verdikləri xüsusi bir fermenti kəşf edən mütəxəssislər bu fermentin hidrogen peroksid təcrübəsini parçaladığı və oksidativ stressi rahatlattığını görüblər. Mütəxəssislər "PC-KUS" adını verdikləri müalicə üsuluyla ağarma müddətini tərsinə çevirdiklərini bildiriblər. Müalicə lokal olur və günəş işığı ilə aktiv olur.