Şəkər xəstələrinə qlükometrlərin alınması üçün keçirilən tender başa çatıb

8 May 2013 17:29 (UTC+04:00)

Yeni qeydiyyata düşən şəkər xəstələrinə qlükometrlərin verilməsi üçün keçirilən tender başa çatıb. Şəkər Səhiyyə Nazirliyinin Tibbi Yardım Təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətovun Mövqe.az-a verdiyi məlumata görə, tender aprel ayında başa çatsa da, qlükometrlər avqust ayında alınaraq ölkəyə gətiriləcək. Baş məsləhətçi sentyabr ayından etibarən yeni partiya qlükometrlərin yeni qeydiyyata düşən şəkər xəstələrinə paylanılacağını söylədi.