Yarış atına təcili vətər əməliyyatı

8 May 2013 20:42 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Şotlandiyanın Qlazqo şəhərindəki "Weipers" At Xəstəxanasında 14 aylıq Karma adlı yarış atına tendon əməliyyatı edilib. Baytarlar, ümumi anesteziylə yatızdırdıqları Karmanın xəstəliyinin irəliləməsini dayandırmaq üçün qıçlarındakı bağ toxumaları kəsib və vətərlərinin ölçüsünü uzadıb. Beləcə iltihabın yayılmasının qarşısını alan həkimlər, saatlarla davam edən əməliyyatın ardınca Karmayı xəstəxanadakı otağına götürüb. Karmanın vəziyyətin "stabil" olduğu və sürətlə yaxşılaşdığı deyilib.