Breivikin manifesti tərcümə olunur

4 May 2012 11:29 (UTC+04:00)

Ötən il Norveçdə əksəriyyəti gənc olan 77 nəfəri  öldürən İslam əleyhdarı Anders Behrinq Breivekin 1500 səhifəlik manifesti rus dilinə tərcümə olunur. Mövqe.az rus mediasına istinadən bildirir ki , mühakimə prosesi davam edən Breivikin vəkili  Tord Jordet müvəkkilinin Rus qruplarla əlaqəsi olduğunu deyib.  . Həbsxanada Breivikin   nəzarət altında  internet vasitəsilə müəyyən sayda poçt alıb ötürməsinə  icazə verilir.Həddindən artıq sağçı olan Breivikin  22 iyulda reallaşdırdığı hücumdan  qabaq internetdə nəşr edilən 1500 səhifəlik, "2083: Bir Avropa Müstəqillik Bəyannaməsi" adlı manifesti  müsəlmanlara qarşı nifrət ifadələriylə dolu idi.  Breivik müsəlmanların Avropanı sürətlə ələ keçirdiyini irəli sürərək Avropadakı müsəlmanların  qətl edilməsinə istəyib.


Əfqanə Məzahirqızı

Mövqe.az