Siqaret bel ağrısına səbəb olur

4 May 2012 11:51 (UTC+04:00)

İnsan sağlamlığına saysız zərəri olan siqaretin, xüsusilə gənclərdə bel ağrısına da səbəb ola biləcəyi ifadə edildi.

İtalyan Il Corriere della İstixana qəzetinin xəbərinə görə, 40 il içində beynəlxalq jurnallarda nümayiş olunan təxminən 80 araşdırmanı yenidən nəzərdən keçirən Finləndiyə Peşə Sağlamlıq İnstitutunda vəzifə yerinə yetirən elm adamları, bunların arasından siqaret və bel ağrısıyla əlaqəli olan və dəyişik yaş qruplarından təxminən 300 min adamın qatıldığı 40 araşdırmanı seçdilər.

Bu araşdırmaların nəticələrini yenidən analiz edən elm adamları, siqaret narkomanlarının bel ağrısı çəkmə ehtimalının əlinə heç siqaret götürməmiş kəslərə nəzərən təxminən yüzdə 30 daha çox olduğunu ifadə etdilər.

Bel ağrısının xüsusilə siqaret çəkən gənclərdə daha sıx görüldüyünə işarə edən elm adamları, bunun səbəbinin hələ tam olaraq bilinmədiyini, ancaq nikotinin damar büzülməsinə səbəb olan təsirlərinin bu nəticədə təsirli olduğuna inandıqlarını söylədilər.

Araşdırmanın yazıçılarından Rəhman Shiri, nikotin səbəbiylə hüceyrələrin lazım olduğu kimi hava götürə bilmədiyini, bu səbəblə də daha asan iltihablandığını və ağrıya səbəb olduğunu ifadə edərək, siqaret çəkmənin eyni zamanda sümük əriməsini də artırdığını qeyd etdi.

Türkan Nadirqızı

Movqe.Az