Prezident 9 May – Qələbə Günü münasibətilə Həzi Aslanovun abidəsini ziyarət edib
9 May 2013 11:07 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev 9 May – Qələbə Günü münasibətilə
iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət
edib.
Mövqe.az-ın məlumatına görə, prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin qarşısına əklil
qoyub, Böyük Vətən Müharibəsində dünyasını dəyişmiş insanların
xatirəsini yad ediblər. Daha sonra dövlət başçısı müharibə
veteranları ilə görüşüb, onların xatirələrini dinləyib, problemləri
ilə maraqlanıb.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin üzvləri,
ictimaiyyət təmsilçiləri iştirak ediblər.