Qiyamət günü qorxusu

4 May 2012 11:36 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, "Ipsos"un "Reuters" agentliyi üçün 20 ölkədə 16 mindən çox insan arasında apardığı araşdırmaya görə insanların 15 %-i ölmədən qiyamət gününün baş verəcəyini düşünür. Maya təqviminə əsasən 21 dekabr 2012-ci ildə dünyanın sonunun gələcəyinə dair inancların olmasına əsaslanaraq aparılan araşdırmaya görə insanların 10%-i Mayalıların haqlı oıa biləcəyinə inanır. Qiyamətin yaxınlaşdığına inanan əsas kütlənin ABŞ və Türkiyədə yaşadığı müəyyən olunub. Qiyamət gününün hələ yaxınlaşmadığını düşünən insanların 6 %-i Fransada, 7 %-i Belçikada, 8%-i isə İngiltərədə yaşayır.


Əfqanə Məzahirqızı

Mövqe.az