Penitensiar xidmətin rəis müavinindən "oğru qanunları" ilə bağlı açıqlama-Eksklüziv

9 May 2013 17:45 (UTC+04:00)

"Azərbaycandakı  cəzaçəkmə müəssisələrində "oğru qanunları" işləmir.  Hər kəs bilsin ki, cəzaçəkmə müəssisələrində keçmişdə olduğu kimi "avtoritet"lər yoxdur".

Bu məlumatı Movqe.az-a eksklüziv açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəis müavini

Hüseyn Əlixanov  deyib. H. Əlixanov bildirib ki, Azərbaycanın cəzaçəkmə müəssisələri dövlət qanunları ilə idarə olunur: " Cəzaçəkmə müəssisələrinin heç birində "oğru qanunları", "oğru ideyaları" işləmir. Bu cür halların qarşısı demək olar ki, tamamilə alınıb. Buna tam əmin ola bilərsiniz".