Gülüstandan Afətə ATMACA

1 May 2019 09:37 (UTC+04:00)

Əməkdar artist Gülüstan Əliyeva müğənni Afət Fərmanqızına atmaca atıb.

Movqe.az ölkə.az-a istinadən bildirir ki, "5-də 5" verilişində qonaq olan ifaçı Tofiq Quliyevin Nəsiminin sözlərinə yazdığı mahnını ifa edərkən "Zaur, sənin verilişində Nəsimidən oxuyanlar çox olub, amma bunu Tofiq Quliyev yazıb" deyərək Fərmanqızının oxuduğu "Pəncü şeş"ə eyham vurub:

"Bu il "Nəsimi ili"dir, biz də Nəsimidən oxuyaq".

Qeyd edək ki, verilişin dünənki buraxılışı əməkdar artist Rəhman Rəhmanovun doğum gününə həsr edilib.