Bakıda naməlum avtomobil 27 yaşlı oğlanı vurub qaçdı

1 May 2019 10:56 (UTC+04:00)

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə ötən gecə paytaxtın Yasamal rayonu, Moskva prospekti 80 ünvanının qarşısında baş verib.

Gecə saat 04 radələrində Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Fətullayev Hikmət Gülağa oğlu naməlum avtomobil tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.