Azərbaycan Prezidenti: Göstəriş vermişdim ki, mənzillərin sənədləşməsi prosesi daha da sürətlə getsin

1 May 2019 11:35 (UTC+04:00)

Göstəriş vermişdim ki, mənzillərin sənədləşməsi prosesi daha da sürətlə getsin və qüsurlar tezliklə aradan qaldırılsın.

Movqe.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.

“Digər məsələ vaxtilə tikilmiş, ancaq istismara qəbul edilməmiş evlərlə bağlı idi. Çoxmənzilli binalarda yaşayan vətəndaşlar əziyyət çəkirdilər, çünki o binalarla bağlı sənədləşmə işləri aparılmamışdır, müəyyən çatışmazlıqlar var idi. Ona görə bu məsələ ilə bağlı da Fərman imzalandı və indi komissiya işləyir. Artıq evlərin, mənzillərin sənədləşməsi prosesi başlayıb. Mən bu yaxınlarda göstəriş vermişdim ki, bu işlər daha da sürətlə getsin və o qüsurlar tezliklə aradan qaldırılsın, bu məsələ də öz həllini tapsın”, - deyə dövlətimizin başçısı bildirib.