“Marketinq elm kimi” adlı kitab işıq üzü görüb

1 May 2019 12:00 (UTC+04:00)

Azərbaycanda marketinq sahəsində yeni kitab işıq üzü görüb. Xaqani İbrahimovun müəllifi olduğu “Marketinq elm kimi” adlı kitabın ön söz müəllifi millət vəkili, filologiya elmləri doktoru Nizami Cəfərovdur. Kitabda marketinqlə bağlı mühüm məlumatlar yer alır. Müəllif Xaqani İbrahimov 1971-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Toxulca kəndində ziyalı ailəsində anadan olub. 8-ci sinfə qədər Toxulca kənd orta məktəbdə təhsil alan X.İbrahimov daha sonra Bakı şəhərində 1 saylı fizika və riyaziyyat təmayüllü məktəbdə oxuyub.1989-cu ildə orta təhsilini bitirən müəllif Bakı Dövlət İqtisad Universitetinə qəbul olub. Əmək fəaliyyətinə mühasib kimi başlayan X.İbrahimov hazırda özəl sektorda fəaliyyət göstərir. Ailəlidir, 3 övladı var...