500 manatdan çox olan kompensasiyalara görə kartların verilməsinə başlandı-REPORTAJ

1 May 2019 11:12 (UTC+04:00)

Bu gündən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq dollar kreditləri üzrə kompensasiya məbləği 500 manatdan çox olan müştərilərə kompensasiya ödənişlərini davam etdirir. Movqe.az-ın əməkdaşı Xırdalan şəhərində kompensasiyanın ödənilməsi prosesini müşahidə edib. Xırdalan şəhər  M.Ə.Rəsulzadə 5 ünvanında  yerləşən Abşeron PF-nin inzibati binasında kompensasiya məbləği 500 manatdan çox olan müştərilərə ödənişlər kart vasitəsilə ödənilib. Poçtdan bildiriblər ki, Abşeron rayonu üzrə 660 nəfərdən çox sakinə kartla kompensasiya ödənişi həyata keçiriləcək. 

Xatırladaq ki, bu gündən bank olmayan kredit təşkilatlarının və ləğv prosesində olan bankların dollar kreditləri üzrə kompensasiya məbləği 500 manatdan çox olan müştərilər ödənişlərini qeyri-nağd formada (kartla) 77 poçt şöbəsindən ala biləcəklər.

Zülfiyyə QULUYEVA