“Azərsun Holdinq”də qanvermə aksiyası keçirilb

1 May 2019 14:25 (UTC+04:00)

“Azərsun Holdinq”də, “SİZ QAN VERMƏKLƏ BAŞQALARINA HƏYAT VERİRSİNİZ!”  şüarı altında ənənəvi qanvermə aksiyası keçirilib.  Mərkəzi Qan Bankı ilə birgə təşkil edilən sosial aksiya Şirkətlər Qrupunun Mədəniyyət Mərkəzində keçirilib. Qanvermədə 500-dən artıq “Azərsun Holdinq” əməkdaşı iştirak edib.

Donor şəxslərə tibbi xidmət göstərilib və toplanılan qan Səhiyyə Nazirliyinin mərkəzi qan bankına təhvil verilib.
Qanvermə aksiyasında iştirak edən Holdinqin Müşahidə Şurasının sədri Abdolbari Goozal əməkdaşlar qarşısında çıxış edərək qan verməklə müxtəlif xəstəliklərdən əziyyət çəkən insanları xilas etməyin mümkün olduğunu bildirib. Şirkət rəhbəri insanlara müxtəlif vasitələrlə maddi, mənəvi yardımın mümkün olduğunu biləcəyini, lakin hər kəsin sosial durumundan asılı olmayaraq ən azından qan verməklə həyat xilas edə biləcəyini vurğulayıb. Azərbaycanın müharibə şəraitində olduğunu, həmçinin talesemmiyadan əziyyət çəkənlərin mövcudluğunu bildirən Abdolbari Goozal qanvermə mədəniyyətinin xüsusilə vacib olduğunu qeyd etdi. O, “Azərsun Holdinq”də çalışanların yalnız qida təhlükəsizliyi, yüksək keyfiyyətli məhsulların istehsalı ilə deyil, eyni zamanda qanı və canı hesabına Azərbaycana xidmət etdiyini və bu fəlsəfənin heç zaman dəyişməyəciyini bildirdi.
Qeyd edək ki, ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” artıq 12 ildir ki, ənənəvi qanvermə aksiyası keçirməklə yüzlərlə insanın öz sağlamlığına qovuşmasına dəstək verir.