BŞİH Milli Şura və Qarabağ Komitəsinin mitinq keçirməsinə razılıq verməyib

1 May 2019 16:42 (UTC+04:00)

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 5-nə, Qarabağ Komitəsinin isə mayın 4-nə təyin etdiyi mitinqlə bağlı müraciətlərini cavablandırıb.

Movqe.az-ın xəbərinə görə, BŞİH-də müraciətlərə baxılıb və hər iki siyasi qurumun İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

Bu barədə mitinq təşkilatçıları məlumatlandırılıb.