Bakıda sərnişin anidən maşının qapısını açdı, qəza oldu - VİDEO

2 May 2019 10:42 (UTC+04:00)

Bakının Nizami rayonu ərazisində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Movqe.az oxu.az-a istinadən xəbər verir ki, qəza metronun "Koroğlu" stansiyasının yaxınlığında qeydə alınıb.

Quliyev Məhəmməd Vahid oğlu 10 XU 890 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yanındakı sərnişin anidən qapını açıb.

Arxadan gələn Musayev Elvin İsrafil oğlunun idarə etdiyi "Hyundai" markalı minik avtomobili "Mercedes"lə toqquşub. 

Qəza zamanı "Mercedes"də olan sərnişin yüngül xəsarət alıb. Hadisədən sonra ərazidə tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.