Ağcabədi sakininin avtomobilini qəsdən yandıran şəxs saxlanılıb

2 May 2019 12:45 (UTC+04:00)

Ağcabədi sakininin avtomobilini qəsdən yandıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Movqe.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 30-da Kəhrizli kəndi ərazisində R.Məhərrəmovun “Mercedes” markalı avtomobilini qəsdən yandırmaqda şübhəli bilinən kənd sakini Kamran Həsənov saxlanılıb.

Araşdırma aparılır.