Röya özünə necə baxır? - "Evdə lazer aparatım var"

2 May 2019 13:22 (UTC+04:00)

"Ağrıya dözümüm yoxdur. Baxım üçün mezolar var, etdirmirəm, ona görə də, onu əvəzləyən suya 800 manat verirəm. Mən lazeri belə narkoznan etdirmişəm. Şiddət olan heç nə mənlik deyil. Özüm özümə iynə vururam. Heç kim mənə iynə vura bilməz".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Röya Ayxan stilist Elnur Həsənov və aparıcı Nərgiz Məmmədovanın "Youtube" layihəsi olan "İdeal saat" verilişində deyib. 

Baxım sirrlərini açıqlayan müğənni evində hətta lazer aparatının olduğunu söyləyib:

"Dırnaqlarımı belə özüm edirəm. Evdə aparatlarım var. Hətta lazer aparatım da var evdə. Gərək aşiq olum ki, bir-iki saata bunları edim. Subay vaxtımda nə edirəm bunları... Əzablı sevgi yaşamaqdansa, subay ortalıqda qalmaq yaxşıdır. Əsəb adamın özünü də pis günə qoyur".

Röya üzdəki plastik dəyişikliklərin əleyhinə olduğunu söyləyib:

"Qızlar sünilik edir. Qaşlarını qapqara boyatdırır, heç İranda bu yoxdu. Bu yazıq oğlan sizi makiyajsız yanında görməkdənsə, elə məni görsə yaxşıdır, qorxmaz. Baxırsan özü qəşəngdir, amma yanaq qoydurub, üz sallanır. Dodaq və burnu düzəltdirməyin əleyhinə deyiləm. Birinci diş etsinlər, sonra dodaq yekəltsinlər. Qadın olmaq böyük problemdir. Özümüzə çox baxmalıyıq. Hüseyn dünyaya gələndə 2 il "KİA" sürmüşəm. Kimə deyirəm, heç kim inanmır ki, sən "Gelandevagen" sürən adamsan. Etmişəm, amma özümü elə aparmışam ki, heç kimin xəbəri olmayıb.

Bizim müğənnilərin geyim və görünüş baxımdan problemləri var. Stilistlər çox olmalı, bunları düzəltməlidirlər".