Ucarda "KamAZ" sürücüsü yük maşınının təkərini dəyişərkən ölüb

2 May 2019 13:57 (UTC+04:00)

Ucar rayonunda ölüm hadisəsi baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 230-cu kilometrliyində, rayonun Müsüslü kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Balakən rayon sakini, 1966-cı il təvəllüdlü Əşrəf Sərafəddin oğlu Nəbiyev idarə etdiyi "KamAZ" markalı yük maşınının təkərini dəyişən zaman ürək tutmasından ölüb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb. 

Faktla bağlı araşdırma aparılır.