Müğənninin ölüm səbəbi ayaq dırnaqları imiş

2 May 2019 15:10 (UTC+04:00)

Bir neçə gün öncə vəfat edən türkiyəli ifaçı Dilber Ayın ürəktutmasından öldüyü bildirilmişdi.

Axşam.az xəbər verir ki, onun gerçək ölüm səbəbi bəlli olub.

Bu barədə müğənninin həyat yoldaşı İbrahim Karakaş “İkinci sayfa” proqramında məlumat verib.

Bildirilir ki, ifaçı ürəktutmasından ölməyib. O, bir müddət öncə ayaq dırnaqlarını kəsərkən ehtiyatsız davranıb və bədəninə mikrob keçib. Mikrob isə onun qanına nüfuz edib və sənətçi bu səbəbdən dünyasını dəyişib.

Qeyd edək ki, Dilber Ay 68 yaşında idi.