Hacıqabulda 36 yaşlı kişi intihar edib

2 May 2019 15:37 (UTC+04:00)

Hacıqabul rayon sakini intihar edib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Rəncbər kəndində qeydə alınıb. Kənd sakini, 1983-cü il təvəllüdlü Abasov Rakif Mirzəxan oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

Hadisənin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.