Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında çimərlik futbolu üzrə Azərbaycan milli komandası "Alanyaspor" klubu ilə yoldaşlıq oyunu keçirib. Mövqe.az-ın AFFA-ya istinadən verdiyi xəbərə görə, qarşılaşma 6:4 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Komandamızın heyətində Fəyar Hüseynov dubl edib. Hərəyə 1 dəfə isə Amid Nəzərov, Asif Zeynalov, Comərd Baxşəliyev və Ramil Əliyev fərqləniblər.
Qeyd edək ki, millimizin Rusiya yığması ilə yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulsa da, Rusiya komandasının Alanya şəhərinə gəlməməsi səbəbindən qarşılaşma baş tutmayıb.