Varna yaxınlığında 3,6 bal gücündə zəlzələ baş verib

2 May 2019 16:15 (UTC+04:00)

Bolqarıstanın Varna bölgəsində Rixter cədvəli üzrə 3,6 bal gücündə zəlzələ qeyd olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa seysmologiya mərkəzi məlumat verib. Zəlzələnin episentri Varnadan 39 kilometr məsafədə cənub istiqamətində 2 kilometr dərinlikdə olub. Xəsarət alan yoxdur.