Kolizeyin divarına adının baş hərfini yazan tələbə saxlanılıb

3 May 2019 08:07 (UTC+04:00)
Romada Kolizeyin divarına adının baş hərfini yazan 17 yaşlı bolqar tələbə dünyaca məşhur tarixi və mədəni abidəyə ziyan vurmaqda təqsirləndirilib. Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, tələbə amfiteatrın daxili divarında "M" hərfini oyarkən hadisəyə şahid olan təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, polisə məlumat verilib. Kolizeyin divarları üzərində yazı yazmaq tez-tez müşahidə olunan hadisədir. Bununla yanaşı, turistlərin suvenir kimi binanın kərpicini və digər parçalarını götürməyə cəhd etməsinə də rast gəlinir.