İki yeniyetmə qız dəm qazından zəhərləndi

3 May 2019 15:38 (UTC+04:00)
Sumqayıtda 2 nəfər dəm qazından zəhərlənib. 
 
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gecə qeydə alınıb. Şəhər sakinləri - 2004-cü il təvəllüdlü Qurbanova Günəş Yalçın qızı və 2002-ci il təvəllüdlü Məmmədova Aşa Məhərrəm qızı yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.
 
 
Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, sonra isə stasionar müalicələrini davam etdirmək üçün xəstəxanaya yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.