Bakıda avtobuslar kart sisteminə keçdi

10 May 2013 13:03 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, Azərbaycan paytaxtında sərnişin avtobuslarında gediş haqqının kartla ödəniş sisteminin tətbiqinə başlanılıb. Bunu nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında deyib.


 Z.Məmmədov bildirib ki, artıq Bakı şəhərində 20-yə qədər marşrut avtobusunda kartla nağdsız ödəniş sistemi tətbiq olunub. Ayın sonuna kimi bütün avtobus marşrutlarında kart sisteminin tətbiq olunması nəzərdə tutulub.