Tərbiyə müəssisəsində məhbuslar “kars”a salınırmı?

10 May 2013 13:16 (UTC+04:00)

"Bəzi valideynlərin Pentensiar Xidmətin Tərbiyə Müəssisəsində məhbuslara ağır cəza verməsi barədə səsləndirdikləri ittihamlar əsassızdır. Tərbiyə Müəssisəsində cəmi iki intizam otağı var ki, intizam qaydalarını pozan məhbuslar orada saxlanılır".

Bu sözləri Movqe.az-a eksklüziv açıqlamasında Xidmətin Yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə Müəssisəsinin rəis vəzifəsini icra edən ədliyyə mayoru Araz Rzayev söyləyib. A. Rzayevin sözlərinə görə, intizam qaydalarını pozan məhbuslar həmin intizam otaqlarında saxlanılmaqla sadəcə zondan uzaqlaşdırılır: "Onlara cəza olaraq qapalı yerdə saxlanılır. İntizam qaydalarını pozan məhbuslar intizam otağında saxlanılmaqla zonda olan digər məhbuslardan təcrid olunur, həmin məhbusa televiziyadan, kompyuterdən və sairdən istifadə etməyə qadağa qoyulur. Amma heç bir məhbus, yaxud onun valideyni deyə bilməz ki, onun uşağını "kars"a salıb döyürlər. Yaxud kiminsə uşağından burada rüşvət tələb edirlər".