Röya ilə Günay ətir üstündə DAVAYA ÇIXDI

3 May 2019 17:40 (UTC+04:00)

Əməkdar artist Röya Ayxanı Günay İbrahimlinin onun ətrindən istifadə etməsi qıcıqlandırıb.

Publika.az xəbər verir ki, Röya Ayxan qonaq olduğu verilişlərin birində Günay İbrahimliyə söz atıb. O, hər hansı sənətçinin onun ətrindən vurmasından qıcıqlandığını gizlətməyib:

"Hansısa bir müğənninin illərdir eyni ətir vurduğunu görsəm, daha istifadə etmərəm, gedib öz qoxumu taparam. Bir dəfə gördüm ki, Günay ətrini vurub masanın üstünə qoydu. Bizim masa ona güldü. İstədim ona zəng vurub deyim ki, mən sənin yerində olsaydım o ətri ortaya çıxarmazdım. Çünki hamı bilir ki, bu ətir Röyanın ətiridir. Hərənin öz iyi və öz fikri olmalıdır. Məsələn, bir qoxu var ki, keçəndə deyirəm, bu, Aygün Kazımovanın iyidir”.

Əməkdar artistin Günay haqqında səsləndirdiyi fikirlər cavabsız qalmayıb. Röyanın bu açıqlamasından sonra Günay İnstarqamda həmkarına ismarış göndərib:

"Başının üstünü ulduzlar alanda, gözlər uzaqlara dalanda, rəngli dünyana qapılanda, oyan yuxudan. Çünki səndən yuxarıda lampalar, ətrafında rəngli, süni ağaclar... Həyatlar və xəyallar" sözlərini yazıb.

İzləyicilər isə Günayın bu sözləri Röyaya cavab olaraq yazdığını qeyd ediblər.