Azərbaycanda kollec müəllimi dəhşətli hadisədə öldü - YENİLƏNDİ/FOTO

3 May 2019 18:15 (UTC+04:00)

Dünən Ağdaş rayonunda baş vermiş dəhşətli yol qəzasında vəfat edən şəxsin universitetlərin birinin nəzdində fəaliyyət göstərən kollecin müəllimi olduğu məlum olub.

Movqe.az xəbər verir ki, Bakı-Qazax magistral yolunun Ağdaşın Ləki qəsəbəsindən keçən 261-ci kiloemtrliyində “İveco” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşının toqquşması nəticəsində düynasını dəyişən Vaqif Nəsibov Azərbaycan Dövlət Pedoqoji Universitetinin kollecinin müəllimi vəzifəsində çalışırmış.

Qeyd edək ki, qəza nəticəsində minik avtomobilini idarə edən 1951-ci il təvəllüdlü Vaqif Məhəmməd oğlu Nəsibovun dili dişlərinin arasında qalaraq kəsilib. O çoxlu qan itirib və ağır vəziyyətdə Ağdaş rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq V.Nəsibovun həyatını xilas etmək mümkün olmayıb.

V.Nəsibovun hipertoniyadan əziyyət çəkdiyi və hadisə zamanı qan təzyiqinin yüksəldiyi bildirilir. Vəfat edən müəllimin fotosunu təqdim edirik.

****

09:34

Ağdaş rayonunda yol qəzası baş verib.

Publika.az xəbər verir ki, dünən Bakı-Qazax magistral yolunun Ağdaşın Ləki qəsəbəsindən keçən 261-ci kiloemtrliyində “İveco” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub.

Nəticədə minik avtomobilini idarə edən 1951-ci il təvəllüdlü Vaqif Məhəmməd oğlu Nəsibovun dili dişlərinin arasında qalaraq kəsilib. O çoxlu qan itirib və ağır vəziyyətdə Ağdaş rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq V.Nəsibovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.