Məhbuslar üçün skaypla danışıq pullu olacaq

10 May 2013 13:25 (UTC+04:00)

"Məhkumların skaypla öz yaxınları ilə danışması üçün cəzaçəkmə müəssisələrində şəraitin yaradılması məsələsi müzakirə ərəfəsindədir".


Bu sözləri Movqe.az-a açıqlamasında Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin rəsi müavini Hüseyn Əlixanov söyləyib. H. Əlixanov bildirib ki, məhbusların skaypla öz yaxınları ilə danışması üçün şəraitin yaradılması üçün müəyyən maliyyə məsələləri ortaya çıxır: "Məhkumların öz yaxılnarı ilə skaypla danışması üçün cəzaçəkmə müəssisələrində şəraitin yaradılması nəzərdə tutulur. Bu şəraitdən nəinki əcnəbi məbuslar, bu ölkədə yaşayan məhbuslar da istifadə edə biləcək. Amma bunun üçün məhbusların hesabında pul olmalıdır. Hesabında pul olan məhbus bu xidmətdən istifadə edə biləcək".