Tacirin oğlu qəza keçirdi: "Allah üçüncüdən saxlasın"

4 May 2019 14:10 (UTC+04:00)

Müğənni Tacir Şahmalıoğlunun övladı Şahmalı avtomobillə qəza keçirib. 

Axşam.az-ın məlumatına görə, müğənnilik edən Şahmalı bu haqda özü xəbər yayıb. O, "Mercedes" markalı maşını ilə kiçik qəzaya düşdüyün bildirib. Qəza zamanı onun avtomobilinin ön hissəsi kiçik cızılıb.

Maşının şəklini yerləşdirən Ş.Taciroğlu "Allah üçüncüdən saxlasın" sözlərini qeyd edib.