Müğənni Yeganə həyat yoldaşından danışıb. Mövqe.az-ın məlumatına görə, müğənni telekanalların birində həyat yoldaşından ayrılması ilə bağlı gəzən şayiələrə aydınlıq gətirib.
"Danışırlar ki, guya mən həyat yoldaşımdan ayrılmışam. Belə söz-söhbətlərin əsası yoxdur. Mənim Bakıda da evim var, Türkiyədə də. Orada da yaşayıram, burada da. O demək deyil ki, həyat yoldaşımdan ayrılmışam. Ağ yalandır".