Toyda 40 nəfər içkidən zəhərləndi, 1 nəfər öldü

4 May 2019 19:02 (UTC+04:00)

İranın Qərbi Azərbaycan vilayətinin Poldəşt rayonunda toy məclisində 40 nəfər spirtli içkidən zəhərlənib.

Trend-in məlumatına görə, vilayətin təcili tibbi mərkəzinin fövqəladə hallar üzrə rəsmisi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, zəhərlənənlərdən 1-i ölüb, digərləri xəstəxanaya yerləşdirilib.

Ötən il Qərbi Azərbaycan vilayətində spirtli içkilərdən 48 nəfər zəhərlənib.