“Qış bulvarı” istifadəyə verildi

10 May 2013 14:33 (UTC+04:00)
Mayın 10-da Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa edilən yeraltı avtomobil dayanacağının üstündəki istirahət park kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak ediblər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısının diqqətinə çatdırdı ki, yeni salınan bu kompleks şəhərin içərisində ən böyük parkdır. Bildirildi ki, 7 hektar ərazisi olan parkın 29 min kvadratmetrlik sahəsinə qranit plitə döşənmişdir. Park kompleksinin 6 min kvadratmetrlik sahəsinə asfalt örtük salınmışdır. Kompleksin 35 min kvadratmetrlik ərazisi yaşıllaşdırılmışdır.

Bildirildi ki, parkda ən müasir tələblərə cavab verən 5 fəvvarə inşa olunmuşdur.Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirdi.