"Toyu saxladıq" - Mətanət oğlu haqda

5 May 2019 13:50 (UTC+04:00)

Aparıcı Mətanət Əliverdiyeva "Zaurla Günaydın" verilişinə qonaq olub. 
Axşam.az-ın əlumatına görə, oğlu Oqtaya toy edəcəyini deyən aparıcı Zaur Baxşəliyevin bunla bağlı suallarını cavablandırıb. Əliverdiyeva bildirib ki, toyun vaxtını dəyişiblər:

"Saxlamışıq, hələ qalıb. Bəsi proseslər gedir. Problem yoxdur, hər şey yaxşıdır. Sentyabrdan sonra olacaq toy. Əsas özləri xoşbəxt olsun. Səhər gedib, axşam qayıdıram. Evləri ayrı olacaq, nəyimə lazımdır... Gəlinin işinə qarışmayacam".