Türkiyədə sərnişin avtobusu aşıb: 2 ölü, 13 yaralı

5 May 2019 15:34 (UTC+04:00)

Türkiyənin Muğla şəhərində sərnişin avtobusu aşıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yol qəzası nəticəsində 2 nəfər həlak olub, 13 nəfər isə yaralanıb.

Hadisə yerinə çox sayda təcili yardım briqadaları cəlb edilib. Xəsarət alanlar yaxınlıqdakə xəstəxanalara yerləşdirilib.

Qeyd edilir ki, xəsarət alanlardan üçünün vəziyyəti ağır kimi qiymətləndirilir.