Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı ilkin məlumat yayıb

6 May 2019 10:03 (UTC+04:00)

Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı ilkin məlumat yayıb.

Nazirlikdən Movqe.az-a verilən məlumata görə, hadisə zamanı 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib.

Qeyd olunub ki, 1-i sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib: “Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir”.