Pakistanda avtobus yanıb, 8 sərnişin ölüb, 4-ü yaralanıb

6 May 2019 12:41 (UTC+04:00)

Pakistanın Pəncab əyalətinin Celam şəhərində avtobusun yanması nəticəsində azı 8 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, sərnişin avtobusu Laxordan Ravalpindi istiqamətində hərkətə edirmiş.

Avtobusda 16 sərnişin olub. Onlardan 4-ü yanğın baş verən zamanı avtobusdan çıxıb. 

Polis qəzanın səbəbini araşdırır.