Novxanı yolunda qəza: 3 avtomobil yararsız vəziyyətə düşdü

6 May 2019 12:54 (UTC+04:00)

Abşeron rayonunda ötən gün axşam saatlarında üç avtomobilin toqquşması nəticəsində qəza baş verib.

Trend-in məlumatına görə, hadisə Novxanı qəsəbəsi, İlqar Abdullayev küçəsində qeydə alınıb.

Novxanıdan paytaxt istiqamətində hərəkətdə olan "Mercedes" qırıq xətdən dönüb geri qayıtmaq istəyərkən, əks yol ilə gələn "Mercedes"lə toqquşub. Hadisə qəfil baş verdiyinə görə, şəhər istqaməti ilə hərəkətdə olan "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirərək arxadan "Mercedes"ə çırpılıb.

Qəzada ciddi xəsarətlər alan olmasa da, hər üç avtomobil yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.