Bakıda əcnəbinin pulqabısını oğurlayan Astara sakini saxlanılıb

6 May 2019 14:02 (UTC+04:00)

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş Mərdanov qardaşları küçəsində kirayədə yaşadığı mənzildən içərisində 1000 manat və 5000 dirhəm (2300 manat) olan pulqabısının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Movqe.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rafiq Cəlilov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.