Əsgərlikdən qaçıb, film izləməyə getdi

6 May 2019 20:40 (UTC+04:00)

Cənubi Koreya Hava Qüvvələrinin əsgərlərindən biri fərarilik cinayətinə imza atıb.

Axşam.az xəbər verir ki, o, əsgərlikdən qaçıb.

Buna isə yeni çıxan “Qisasçılar: Sonuncu oyun” filmi səbəb olub.

Belə ki, əsgərin ekran işinə olan marağı onu qaçıb kinoteatrda filmə baxmağa vadar edib.

Bu isə ona baha başa gəlib. Polislər həmin kinoteatrda əsgəri həbs ediblər.

Qeyd edək ki, “Qisasçılar: Sonuncu oyun” hazırda bütün dünyada maraqlı izlənilən filmlərdən biridir.